TikTok-un ABŞ-ı tərk etmək planı yoxdur

TikTok-un ABŞ-ı tərk etmək planı yoxdur

Bakı, TurkicWorld:

TikTok sosial şəbəkəsinin ABŞ-ı tərk etmək planı yoxdur.

TurkicWorld xəbər verir ki, bu barədə TikTok platformasının icraçı direktoru Şou Tzu Çu bildirib.

“TikTok sosial şəbəkəsi Amerika hakimiyyətinin ona qadağa qoymaq təşəbbüsü fonunda ABŞ-ı tərk etmək niyyətində deyil. Prosesə məhkəmədə baxılana qədər sosial şəbəkədən hələ də istifadə etmək mümkündür”, - deyə Çu qeyd edib.

Qeyd edək ki, platformanın bağlanma səbəbi TikTok ilə Tramp administrasiyası arasındakı hüquqi mübahisədir.