İsrail HƏMAS ilə əsir mübadiləsi razılaşmasını müzakirə edəcək

İsrail HƏMAS ilə əsir mübadiləsi razılaşmasını müzakirə edəcək

Bakı. TurkicWorld:

İsrail Hərbi Şurası və genişləndirilmiş İsrail Siyasi və Təhlükəsizlik Nazirləri Şurası bu gün HƏMAS ilə əsir mübadiləsi sazişinin yeni müddəalarını müzakirə edəcək.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə İsrailin dövlət televiziyası KAN bildirib.

Bildirilib ki, yeni təşəbbüs İsrail ordusu, xarici kəşfiyyat agentliyi Mossad və daxili təhlükəsizlik agentliyi Şin-Bet tərəfindən hazırlanıb.

Məlumatda o da qeyd edilib ki, Qahirədə İsrail Baş Qərargah rəisi Herzi Halevi, Daxili Təhlükəsizlik Agentliyinin Şin-Bet direktoru Ronen Bar və Misir Kəşfiyyat İdarəsinin direktoru Abbas Kamil tərəfindən dünən Qahirədə keçirilən görüşdə girov alınan şəxslərin geri qaytarılması ilə bağlı razılığın əldə edilməsi üçün yeni təşəbbüs müzakirə edilib.

Qeyd edək ki, HƏMAS-ın İsrailin hücumlarına son qoyması, İsrail ordusunun Qəzza zolağından çıxarılması və fələstinlilərin Qəzzanın şimalına qayıtması tələblərinin Təl-Əviv rəhbərliyi tərəfindənrədd edilməsi səbəbindən danışıqlar hələ yekunlaşmayıb.

X: Lamanasadli01