Bakı, TurkicWorld
Peruda ölkə tarixində ilk dəfə olaraq degenerativ xəstəliyi olan şəxs evtanaziya edilib.
TurkicWorld xəbər verir ki, polimiyozitdən əziyyət çəkən və müalicəsi mümkün olmayan 47 yaşlı şəxsin evtanaziya tələbi Peru Məhkəməsi tərəfindən qəbul edilib.
Hakim Josefina Miro Quesada bildirib ki, şəxs tibbi evtanaziya prosedurunu qəbul edib və öz iradəsi ilə həyatla vidalaşıb.
Qeyd edək ki, evtanaziya sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə təcrübəsdir.