Bakı. TurkicWorld:
Birləşmiş Millətlər Təşkilatı İsrailin TRT Arabi komandasına hücumu ilə bağlı şəffaf və etibarlı araşdırma tələb edib.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stephane Dujarric açıqlayıb.
"Bu hadisə Qəzzada jurnalistlərin üzləşdiyi təhlükələri açıq şəkildə göstərir", - deyə o vurğulayıb.
Qeyd edək ki, Qəzzada Nuseyrat düşərgəsində yayıma hazırlaşan TRT Ərəb komandasının maşını İsrail ordusunun hücumuna məruz qalıb. Operator Sami Şahada ağır yaralanıb və əməliyyat olunub. Tank atəşindən istifadə edilən hücumda bəzi jurnalistlər yaralanıb.