Bakı, TurkicWorld
Yəməndə həyata keçirilən hücumlar bölgədəki gərginliyin artmasına səbəb olur.
TurkicWorld xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin sözçüsü açıqlama verib.
Dünən İsrail, Yəməndəki İrana bağlı Husi qruplaşmasına aid hədəfləri vurub, o cümlədən Səna Beynəlxalq Hava Limanını, Qırmızı dənizdəki limanları və elektrik stansiyalarını hədəf alıb.
Bu hücum nəticəsində ən azı 6 nəfərin öldüyü bildirilib.
BMT Baş katibinin sözçüsü, bu hava zərbələrinin xüsusilə narahatlıq doğurduğunu, çünki Səna Beynəlxalq Hava Limanı, Qırmızı dəniz limanları və elektrik stansiyalarının vurulmasının bölgə üçün ciddi təsirlər yaratdığını qeyd edib.