Bakı. TurkicWorld:
Yaponiya Tayvanda baş verən 7,4 bal gücündə zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı F15-lərini yüksək ərazilərdə küçələrə çıxarıb.
AzerVoice xəbər verir ki, Yaponiya Hava Hücumundan Müdafiə Qüvvələrinin aviabazası X sosial media hesabında şəhər daxilində ictimai yollarda park edilmiş F-15-lərin fotolarını yerləşdirib.
Xatırladaq ki, 2011-ci ildə Yaponiyada baş verən sunami zamanı bir çox hərbi təyyarələr, xüsusilə Mitsubishi F-2 reaktivləri ciddi zədələnmişdi.
Qeyd edək ki, 3 aprel tarixində Tayvanda 7,5 bal gücündə zəlzələ baş verib.