Bakı, TurkicWorld
Diyarbakırda keçən il mərkəzi Kahramanmaraş olan zəlzələlərdə böyük ziyan görən doqquz mərtəbəli bina nəzarətli söküntü işləri zamanı uçub.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə KİV-lər bildirib.
Qeyd olunub ki, əvvəllər vətəndaşların təxliyyə edildiyi binanın sökülməsinə qərar verilib. İş maşını ilə söküntü işləri davam edərkən bina uçub.
Məlumat üçün qeyd edək ki, hadisə zamanı yaralanan olmadığı bildirilib.
Hafiz Rufizoğlu