Son dəqiqə

İsrail Entoni Blinken Qəzza

İsrail demokratik ölkə olaraq insan həyatına ən yüksək qiyməti verməlidir – Blinken

Bakı. TurkicWorld:

İsrail demokratik ölkə olaraq insan həyatına ən yüksək qiyməti verməlidir.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Brüsseldə keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, İsrail Qəzza zolağına yardımların keçirilməsinə icazə verməlidir.

“Hazırda Qəzzada mülki əhalinin müdafiəsi, humanitar yardımın artırılması və onu təmin edənlərin təhlükəsizliyinin təmin edilməsindən yüksək prioritet yoxdur. İsrail bunları qarşılamalıdır.” – deyə Blinken bildirib.

Xatırladaq ki, aprelin 1-də İsrail ordusu Qəzza zolağında fəaliyyət göstərən World Kitchen Center-in (WCK) humanitar yardım işçilərinə hücum edib. Hücum zamanı yeddi yardım işçisi həlak olub.

Mövzuya görə xəbərlər