Bakı, TurkicWorld:
Cənubi Afrika Respublikası parlamentinin sədri Nosivive Mapisa-Nqakula haqqında irəli sürülən korrupsiya ittihamlarından sonra istefa verib.
TurkicWorld xəbər verir ki, Mapisa-Nqakulanın istefasının partiyanın reputasiyasını qorumaq üçün olduğu vurğulanıb.
“Mən Cənubi Afrika xalqını təmsil edən hökumət sistemimizin ən yüksək qurumu olan parlamentimizin bütövlüyü və müqəddəsliyini qorumaq üçün belə bir qərar verdim", - deyə Mapisa-Nqakula bildirib.
Mapisa-Nqakula nüfuzunu bərpa etməkdə qərarlı olduğunu vurğulayıb.
Qeyd edək ki, Mapisa-Nqakula qarşı 2012-2021-ci illər arasında müdafiə naziri olduğu müddətdə tender üçün ən azı dörd milyon Cənubi Afrika randı (təxminən 210 min dollar) məbləğində rüşvət və çirkli pulların yuyulması cinayətlərində iştirak etməsi səbəbi ilə cinayət işi açılıb.







