Son dəqiqə

Peru

Peruda korrupsiya istintaqı nəticəsində altı nazir istefa verib

Bakı, TurkicWorld:

Peruda prezident Dina Boluarteyə qarşı aparılan korrupsiya istintaqından sonra altı nazir istefa verib.

TurkicWorld xəbər verir ki, aparılan araşdırmalar nəticəsində istefa verən nazirlər içərisində Daxili İşlər Naziri Viktor Torres və Təhsil Naziri Miriam Ponce də var.

Bundan əlavə, nazirlərin istefası ilə eyni vaxtda bir çox fərqli partiyadan olan millət vəkilləri Boluartenin vəzifəsindən azad edilməsini tələb edən ərizə ilə Parlamentə müraciət ediblər.

Mövzuya görə xəbərlər