Bakı. TurkicWorld:
Bolqarıstan və Rumıniya Avropa İttifaqının (Aİ) Şengen vizasız səyahət zonasına daxil edilib.
TurkicWorld xəbər verir ki, bu barədə Aİ Komissiyasının sədri Ursula von der Leyen X sosial media hesabında bildirib.
Von der Leyen bunun bütün Avropada milyonlarla Aİ vətəndaşına fayda verəcəyini və Şengen zonasını daha da gücləndirəcəyini vurğulayıb.
Qeyd edək ki, Rumıniya və Bolqarıstan 2007-ci ildə Aİ-yə üzv olublar. Avstriya qeyri-qanuni miqrasiyanın arta biləcəyindən narahat olaraq uzun müddətdir ki, iki ölkənin Şengenə daxil edilməsinə qarşı çıxıb. Razılaşma ötən ilin sonunda əldə olunub.