Son dəqiqə

İstanbul Sabiha Gökçen Havalimanı

Qatı duman İstanbul aeroportunda uçuşlara mane oldu

Bakı. TurkicWorld:

Bu gün səhər İstanbulu bürüyən duman sərnişin axınının böyüklüyünə görə meqapolisin ikinci hava limanı olan Sabiha Gökçendə reyslərin gecikməsinə səbəb olub.

TurkicWorld xəbər verir ki, bir sıra aviareyslərin qəbulu dayandırılıb.

Yanacaq çatışmazlığı riski ilə qarşılaşan bəzi laynerlər Beynəlxalq İstanbul Aeroportuna, eləcə də Ankaranın Esenboğa hava limanına yönləndirilib.

Bundan başqa, bütün reyslər üzrə uçuşlar təxirə salınıb.

Aeroportun fəaliyyəti yerli vaxtla saat 09.37-də bərpa edilib.

Mövzuya görə xəbərlər