Son dəqiqə

Türkiyə İstanbul

İstanbul boğazında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb

Bakı. TurkicWorld:

İstanbul boğazında yük gəmisinin quruya oturması səbəbindən nəqliyyat hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Sahil Təhlükəsizliyi Baş İdarəsi X sosial media hesabında açıqlayıb.

Açıqlamada Ukraynadan Misirə üzən 229 metr uzunluğundakı "ALEXIS" adlı yük gəmisinin texnikanın nasazlığı səbəbindən quruya oturduğu bildirilib.

Gəminin xilas edilməsi üçün Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi Sahil Təhlükəsizliyi Baş İdarəsinə aid KURTARMA-6, KURTARMA-8, KURTARMA-18 gəmiləri, KEGM-4, KEGM-6 sürətli xilasetmə katerləri və dalğıclar hadisə yerinə cəlb olunub.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər