İsrail rəsmilərinə həbs qərarı üçün kifayət qədər dəlil var – fransalı vəkil

İsrail rəsmilərinə həbs qərarı üçün kifayət qədər dəlil var – fransalı vəkil

Bakı. TurkicWorld:

Qəzzada yaşanan faciə bir daha gösrərir ki, İsrail rəsmilərinə qarşı həbs qərarı çıxarmaq üçün kifayət qədər dəlil var.

TurkicWorld-un məlumatına görə, bu haqda Beynəlxalq Cinayət Məhkəməsində fələstinli qurbanları müdafiə edən fransalı vəkil Gilles Devers bildirib.

O qeyd edib ki , bu gün məhkəmə Cənubi Afrikanın Qəzza zolağında müharibəsinin soyqırım kimi qiymətləndirilməsinin ardınca İsrailə qarşı tədbirlərin mümkünlüyü barədə qərar çıxarmağa başlayacaq.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.