Son dəqiqə

İsrail Avstraliya Qəzza

Qəzzada “atəşkəs” üçün addımlar atmaq istəyirik - Avstraliya XİN

Bakı. TurkicWorld:

Qəzzada “atəşkəs” üçün addımlar atmaq istəyirik.

TurkicWorld-un məlumatına görə, bu sözləri Avstraliyanın Xarici işlər naziri Penni Vonq deyib.

"Qəzzada olan 31 Avstraliya vətəndaşı Rəfah sərhəd-keçid məntəqəsi vasitəsilə Misirə keçib. Qəzzaya humanitar yardımların daxil olması və oradakı mülki şəxslərin təhlükəsiz çıxışı üçün hər zaman açıq çağırışlar edirik. Hamımız Qəzzada atəşkəs üçün addımlar atmaq istəyirik, lakin bu atəşkəs birtərəfli ola bilməz",- deyə nazir bildirib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Qeyd edək ki, oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 12 300-ə yüksəlib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər