Bakı. TurkicWorld:
İsrail ordusu minlərlə Qəzzalı mülki vətəndaşın sığındığı BMT məktəbini ağ fosfor bombaları və top mərmiləri ilə vurub.
TurkicWorld-un məlumatına görə, bombanın fosfor olduğunu anlayanlar qaçaraq məktəb həyətindəki uşaqları çıxarmağa çalışıblar. Hətta müharibədə belə fosfor bombalarından istifadə etmək qadağandır. İsrail həftələrdir Qəzzaya onlarla dəfə fosfor bombası atıb.
Qeyd edək ki, İsrailin Qəzzanın hər bölgəsini hədəf alan hücumları 27 oktyabrda bölgənin şimalında intensivləşib.
İsrailin Qəzzaya hücumları nəticəsində 3 min 542-si uşaq olmaqla 8 min 796 nəfər həyatını itirib.
Aytac Süleymanova







