Son dəqiqə

Rusiya Vladimir Putin Qırğızıstan

Rusiya prezidenti Qırğızıstana rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

Rusiya prezidenti Vladimir Putin Qırğızıstana rəsmi səfər edəcək.

TurkicWorld-un məlumatına görə, Qırğızıstan Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Muratbek Azimbakiyev Rusiya prezidenti Vladimir Putinin Qırğızıstana rəsmi səfər edəcəyini açıqlayıb.

Sözügedən səfər oktyabrın 12-də baş tutacaq. Qırğızıstan Prezidenti Sadır Japarov və Vladimir Putin ikitərəfli görüş keçiriəcəklər. Görüş zamanı, qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafı ilə bağlı məsələlər müzakirə ediləcək",- deyə Qırğızıstan rəsmisi bildirib.

Muratbek Azımbakiyev qeyd edib ki, Putinin ölkədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) aviabazasının (Rusiya hərbi hava bazası) açılmasının 20 illiyinə həsr olunmuş bayram proqramında iştirakı planlaşdırılır.

Qeyd edək ki, Qırğızıstan prezidenti Sadır Japarov və Rusiya prezidenti Vladimir Putin, 8 may 2023-cü il tarixində Moskvada görüşüblər.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər