BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Bu ilin dekabrın 1-nə Qarabağ iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi 525,324 milyon manat təşkil edib.
TurkicWorld bu barədə Mərkəzi Bankdan məlumat əldə edib.
Bildirilib ki, bu göstərici əvvəlki ayla müqayisədə 841 min manat və ya 0,2%, ötən ilin eyni dövrünə nisbətən isə 39,4 milyon manat və ya 8,1% çoxdur.
Hesabat dövründə sözügedən region üzrə kredit qoyuluşlarının orta faiz dərəcəsi 19,77%-ə bərabər olub.
Dövr ərzində regiona qoyulmuş kreditlərin 524,708 milyon manatı milli valyutada, 616 min manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.
Eyni zamanda, bu ilin dekabrın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə isə kredit qoyuluşlarının həcmi əvvəlki ayla müqayisədə 7,1 milyon manat və ya 41,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,5 milyon manat və ya 6,3% artaraq 24,534 milyon manata bərabər olub.
Hesabat dövründə bu göstərici üzrə orta faiz dərəcəsi 14,37% təşkil edib.
Sözügedən dövr ərzində regiona qoyulmuş kreditlərin 15,674 milyon manatı milli valyutada, 8,860 milyon manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.
Beləliklə, dövr ərzində Qarabağ və Şəqi Zəngəzur iqtisadi rayonları üzrə cəmi kredit qoyuluşlarının həcmi 549,858 milyon manata çatıb.
Qeyd edək ki, 2025-ci ilin dekabrın 1-nə Azərbaycanın cəmi regionları üzrə kredit qoyuluşlarının həcmi 29,685 milyard manata bərabər olub. Bu göstərici əvvəlki ayla müqayisədə 281,7 milyon manat və ya 1%, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 2,3 milyard manat və ya 8,5% çoxdur.






