Bakı. TurkicWorld:
Liviyanın Derna şəhərinin güclü daşqınlar nəticəsində zərər çəkmiş minlərlə itkin düşmüş sakininin ailələri yaxınları haqqında məlumat ümidlə gözləyirlər.
TurkicWorld xəbər verir ki, bəndin uçmasından sonra Dernada evlər uçub, 11 mindən çox insan həlak olub, 20 mindən çox insan itkin düşüb.
100 min əhalisi olan şəhərin dörddə biri yer üzündən silinib. Əkin sahələri də su altında qalıb.
Axtarış-xilasetmə qrupları həlak olanların cəsədlərini çıxarmağa çalışır. Şəhərdə işıq və su xəttinin olmaması işi çətinləşdirir.
Derna sakini Nasir İbrahim Qula, gəlini və 4 nəvəsinin daşqınlar zamanı itkin düşdüyünü bildirib. Onun sözlərinə görə, itkin düşən qohumlarla bağlı Derna və digər yerlərdə bir neçə axtarış-xilasetmə qrupu ilə əlaqə saxlayır, lakin hələlik onlar haqqında məlumat yoxdur.
Hatırladaq ki, sentyabrın 10-da Liviyanın şimal-şərqi güclü "Daniel" siklonunun hücumuna məruz qalıb. Aralıq dənizi sahillərində yerləşən şəhərlərə fırtınalı küləklər və tufanlarla müşayiət olunan leysanlar gətirdi.