Son dəqiqə

ABŞ Co Bayden Vyetnam

Bayden Vyetnama səfər edəcək

Bakı. TurkicWorld:

ABŞ prezidenti Co Bayden gələn həftənin sonunda Vyetnama səfər edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən məlumat verilib.

"Prezident Co Bayden sentyabrın 10-da Vyetnamın paytaxtı Hanoy şəhərinə səfər edəcək. Hanoyda prezident Bayden ABŞ-Vyetnam əməkdaşlığının dərinləşdirilməsi yollarını müzakirə etmək üçün baş katib Nguyen Fu Çonq və digər yüksək vəzifəli şəxslərlə görüşəcək", - deyə açıqlamada bildirilir.

Qeyd olunur ki, liderlər həmçinin “regionda sülh, firavanlıq və sabitlik” məsələlərini müzakirə edəcəklər.

Mövzuya görə xəbərlər