Son dəqiqə

ABŞ Avstraliya

ABŞ-a məxsus hərbi helikopter Avstraliya sahillərində qəzaya uğrayıb

Bakı. TurkicWorld:

Avstraliyanın şimalında Darvin sahillərində iyirmiyə yaxın ABŞ dəniz piyadasını aparan "V-22 Osprey" hərbi helikopteri qəzaya uğrayıb.

TurkicWorld xəbər verir ki, hadisə Melvil adasının yaxınlığında ABŞ, Avstraliya, İndoneziya, Filippin və Şərqi Timordan olan hərbi qulluqçuların iştirak etdiyi təlimlər zamanı baş verib.

Heyət üzvlərinin itkin düşdüyü bildirilir.

Qəzanın səbəbi barədə məlumat verilmir.

Mövzuya görə xəbərlər