Son dəqiqə

ABŞ Avstraliya

ABŞ Avstraliyaya 22 “HIMARS” reaktiv yaylım atəşi sistemini satacaq

Bakı. TurkicWorld:

ABŞ Dövlət Departamenti Avstraliyaya 22 "HIMARS" reaktiv yaylım atəşi sisteminin satışını təsdiqləyib.

TurkicWorld xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (Defense Security Cooperation Agency) məlumat yayıb.

Məlumata görə, Avstraliya ABŞ-dan 22 ədəd reaktiv yaylım atəşi sistemi ilə yanaşı müvafiq avadanlıq da alacaq və satışı nəzərdə tutulan cəmi silahların ümumi dəyəri 975 milyon dollar olacaq.

Mövzuya görə xəbərlər