Son dəqiqə

BMT Rusiya Ukrayna Antonio Quterreş

Rusiyanın taxıl müqaviləsi ilə bağlı verdiyi qərarından təəssüf hissi keçiririk – Antonio Quterreş

Bakı. TurkicWorld:

Rusiyanın taxıl müqaviləsi ilə bağlı verdiyi qərarından təəssüf hissi keçiririk.

TurkicWorld-un məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş deyib.

“Biz Rusiyanın Qara dəniz taxıl sazişini ləğv etmək, o cümlədən Qara dənizin şimal-qərbində dəniz nəqliyyatını təmin etmək zəmanətindən imtina etmək qərarından dərin təəssüf hissi keçiririk” – deyə Antonio Quterreş bildirib.

Quterreş qeyd edib ki, BMT Ukrayna və Rusiyadan gələn qida və gübrənin dünya bazarına maneəsiz çıxışını asanlaşdırmağa çalışacaq.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər