Bayden yenidən Si Cinpinlə tezliklə görüşəcəyinə ümid etdiyini bildirib

Bayden yenidən Si Cinpinlə tezliklə görüşəcəyinə ümid etdiyini bildirib

Bakı. TurkicWorld:

ABŞ Prezidenti Co Bayden onun Çin Prezidenti Si Cinpini tənqid etməsinin ölkələr arasında münasibətlərə mənfi təsir göstərdiyini düşünmür.

TurkicWorld xəbər verir ki, bunu C.Bayden Vaşinqtonda keçirdiyi mətbuat konfransında deyib.

ABŞ Prezidenti qeyd edib ki, bu yaxınlarda Çinin aerostatının vurulması bəzi çaşqınlıq yaratdı, lakin dövlət katibi Entoni Blinkenin Çinə səfəri uğurlu oldu.

C.Bayden həmçinin yenidən Si Cinpinlə tezliklə görüşəcəyinə ümid etdiyini bildirib.