Son dəqiqə

İran İbrahim Rəisi Kuba

İran prezidenti Raul Kastro ilə görüşüb

Bakı. TurkicWorld:

İran prezidenti İbrahim Rəisi rəsmi səfərdə olduğu Kubada, sabiq prezident Raul Kastroyla görüşüb.

TurkicWorld-un məlumatına görə, İran prezidenti Kastro ilə iki ölkə arasında 40 ildən artıqdır davam edən dostluq əlaqələrini müzakirə edib.

ABŞ-ın ədalətsiz sanksiyalarına qarşı Kubaya verdiyi dəstəyə görə, Kastro İran prezidentinə təşəkkür edib və hər iki ölkənin suverenliklərini müdafiə etdiyini nümayiş etdirib.

Qeyd edək ki, görüş zamanı Kuba ilə İran arasında dostluq və əməkdaşlığın ən yüksək səviyyədə möhkəmləndiyi vurğulanıb və səfərinə görə İran prezidentinə təşəkkür edilib.

Məlumat üçün bildirək ki, görüşdə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Kubanın xarici işlər naziri Bruno Rodrigesin də iştirak edib.

Mövzuya görə xəbərlər