Son dəqiqə

İran Yaxın Şərq İran parlamenti İran Silahlı Qüvvələri Məhəmməd Bağır Qalibaf İran raketləri İranın hərbi imkanları

Düşmən raketlərimizin qarşısını ala bilməz - Qalibaf

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ölkəsinin hərbi imkanlarını qarşı tərəfdən daha sürətlə bərpa etdiyini bildirib. Onun sözlərinə görə, İran hər yeni qarşıdurma mərhələsində hərbi imkanlarını daha da gücləndirir.

TurkicWorld xəbər verir ki, İranın “Fars” xəbər agentliyinin yaydığı açıqlamada Məhəmməd Bağır Qalibaf İran silahlı qüvvələrinin qarşıdurmanın hər növbəti mərhələsində əvvəlkindən daha yaxşı nəticə göstərdiyini söyləyib.

Qalibaf bildirib ki, İran qarşı tərəfdə ölkənin raketlərinin qarşısının alınmasının mümkün olmadığı qənaətini formalaşdırıb. O, İranın raket imkanlarının gələcək mümkün qarşıdurmalarda da mühüm üstünlük yaradacağını iddia edib.

İran parlamentinin sədri gələcəkdə yeni hərbi qarşıdurmaların baş verəcəyi təqdirdə ölkəsinin həm keyfiyyət, həm də kəmiyyət baxımından daha böyük üstünlüyə malik olacağını bildirib.

Qalibafın açıqlaması bölgədə hərbi və siyasi gərginliyin davam etdiyi bir vaxtda səsləndirilib.

Mövzuya görə xəbərlər