Hindistanda qatarların toqquşması nəticəsində ölənlərin sayı 288 nəfərə çatıb

Hindistanda qatarların toqquşması nəticəsində ölənlərin sayı 288 nəfərə çatıb

Bakı. TurkicWorld:

Hindistanın şərqində üç qatarın toqquşması nəticəsində ölənlərin sayı 288 nəfərə çatıb.

TurkicWorld-un məlumatına görə, yaralananların sayının isə təxminən 900 nəfərə yaxın olduğu açıqlanıb.

Ölü və yaralı sayının arta biləcəyi istisna edilmir. Qəza yerində xilasetmə işləri davam edir. Əraziyə 500-dən çox xilasedici cəlb olunub.

Qəzada ölənlərin yaxınlarına 1 milyon rupi (12 min ABŞ dolları), ağır yaralananlara 200 min rupi (2400 ABŞ dolları), yüngül xəsarət alanlara isə 50 min rupi (604 ABŞ dolları) təzminat ödənəcəyi bildirilib.

Qeyd edək ki, hadisə ilə əlaqədar bir günlük matəm elan edilib.