BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Bu ilin yanvar-sentyabr ayları ərzində Hindistandan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 38,960 milyon ABŞ dolları təşkil edib.
TurkicWorld bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 milyon dollar və ya 20,9% çoxdur.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Hindistandan reallaşan investisiyaların payı 0,8% təşkil edib.
2024-cü ilin ilk 9 ayı ərzində Hindistandan Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi 32,211 milyon dollara bərabər olmuşdu.
Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artım deməkdir.
Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9 ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya 47,7% çoxdur.







