Son dəqiqə

Hindistan Hindistan və Pakistan orduları arasında atışma Hindistan Pakistan sərhəd gərginliyi Hindistan Pakistan müharibə Hindistan-Pakistan sərhəd gərginliyi Pakistan Hindistan gərginliyi son vəziyyət

Pakistan ordusu 20-dən çox Hindistan terrorçusunu məhv edib

BAKI, TurkicWorld, Nailə Babazadə

Pakistan ordusu, Hindistan tərəfindən dəstəkləndiyi iddia edilən ümumilikdə 22 silahlının Xayber Paxtunxva əyalətində keçirilən əməliyyat zamanı öldürüldüyünü açıqlayıb.

TurkicWorld xəbər verir ki, Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsi (ISPR) bildirib ki, kəşfiyyat məlumatları əsasında əyalətin Bannu bölgəsində əməliyyat keçirilib.

Açıqlamada qeyd olunub ki, şiddətli qarşıdurmadan sonra Hindistan tərəfindən dəstəklənən 22 militant zərərsizləşdirilib.

Pakistan ordusu daha əvvəl 10 noyabrda Hindistan dəstəyi ilə fəaliyyət göstərən 20, 20 noyabrda 30, 21 noyabrda isə 13 silahlının öldürüldüyünü bəyan etmişdi.

22 noyabrda Bannu bölgəsində aparılan əməliyyat zamanı isə 8 silahlının məhv edildiyi bildirilmişdi.

Mövzuya görə xəbərlər