ABŞ Konqresinin Senatı Yunanıstana F-35 qırıcılarının tədarükünü təsdiqləyib

ABŞ Konqresinin Senatı Yunanıstana F-35 qırıcılarının tədarükünü təsdiqləyib

Bakı. TurkicWorld:

ABŞ Konqresinin Senatının Xarici Əlaqələr Komitəsinin sədr müavini respublikaçı senator Cim Riş ABŞ-ın F-35 qırıcı-bombardmançılarının Yunanıstana tədarükü haqqında sənədi imzalayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Yunanıstan KİV-ləri məlumat yayıb.

Məlumata əsasən, bu hərəkət ABŞ Dövlət Departamentinə bu təyyarələrin Yunanıstana satışının təsdiqlənməsi üçün Konqresə rəsmi sorğu göndərməsinə yol açır.

Yunanıstanın ABŞ tərəfindən cavab və qəbul məktubu (Letter of Acceptance - LoA) alacağı gözlənilir.