İranla Taliban arasındakı “su savaşı” daha da şiddətlənib

İranla Taliban arasındakı “su savaşı” daha da şiddətlənib

Bakı TurkicWorld

İranla Taliban hökuməti arasında mövcud olan gərginlik Hirmənd çayından İrana su buraxılmaması iddialarından sonra daha da şiddətlənib.

TurkicWorld xəbər verir ki, Əfqanistan xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Abbas İstankəzi məsələ ilə bağlı açıqlamasında İran tərəfinin

Hirmənd çayı üzərində qurulan Kəcəki bəndində su olub-olmadığı barədə yoxlama aparmaq təklifini rədd edib.

“Bəndlər strateji obyekt sayılır və heç bir halda iranlı mütəxəssislərin Kəcəki bəndinə baş çəkməsinə icazə verilməyəcək”, - nazir müavini bildirib.

Qeyd edək ki, mayın 18-i İran Prezidenti İbrahim Rəisi Taliban hökumətini Hirmənd çayının qarşısını kəsərək Sistan və Bəlucistan əyalətinin su payını verməməkdə ittiham edib. İranın XİN başçısı da oxşar bəyanatla çıxış edərək, Əfqanıstana qarşı təzyiq vasitələrindən istifadəyə olunacağını bildirib.

Mehriban Xəlilli

@MXalilbekova