Talibandan İrana cavab : Bir daha əsla...

Talibandan İrana cavab : Bir daha əsla...

Bakı TurkicWorld

İran Prezidenti İbrahim Rəisinin Taliban hökumətini Hirmənd çayının axınını dəyişdirməkdə günahlandırması yanlış və yersiz bəyanatdır.

TurkicWorld xəbər verir ki, bu sözləri Taliban hökumətinin rəsmisi Zəbiullah Mücahid deyib.

O, İranın bu mövqeyinin ikitərəfli əlaqələrə zərər verə biləcəyini bildirib.

“Belə bir vəziyyətdə İranın su mövzusunda mediada təkrar tələb və yersiz açıqlamalarının mənfi təsirləri olacaq. Bu, münasibətlərə zərbə vura bilər və bir daha əsla təkrar olunmamalıdır”,- deyə Zəbiullah Mücahid vurğulayıb.
Qeyd edək ki, mayın 18-i İran Prezidenti İbrahim Rəisi Taliban hökumətini Hirmənd çayının qarşısını kəsərək Sistan və Bəlucistan əyalətinin su payını verməməkdə ittiham edib.

Mehriban Xəlilli

Twitter: @MXalilbekova