Bakı. TurkicWorld:
Yaponiyanın Xirosima şəhərində başlayacaq G7 Sammitində müzakirə olunacaq mövzular açıqlanıb.
TurkicWorld-un məlumatına görə, sammitin əsas mövzularının Rusiyanın Ukraynaya qarşı müharibəsi və Çinin Sakit okeanda artan təsirinin olacağı gözlənilir.
Sammitdən əvvəl mətbuata açıqlama verən Yaponiyanın Baş naziri Fumio Kişida bu iki məsələ ilə bağlı açıqlamasında bildirib ki, G7 status-kvonu güc yolu ilə dəyişdirmək cəhdlərinə qarşı sərt mesaj verəcək. Sammitdə Rusiya və Çinə təzyiqlərin artırılması ilə bağlı qərarların qəbul ediləcəyi gözlənilir.
Qeyd edək ki, sammitin digər mühüm mövzusu nüvəsiz dünya olacaq. Əslində sammit üçün Xirosima şəhərinin seçilməsi də bu istiqamətdə atılan addım kimi qiymətləndirilir. G7-nin nüvə silahı olmayan bir dünya üçün güclü mesaj verəcəyini ifadə edən Kisida, bu istiqamətdə daha konkret səylərlə irəliləyəcəklərini bildirib.
Xatırladaq ki, Yaponiyada keçiriləcək G7 sammiti 19 may baş tutacaq.







