Bakı AzerPress
Sistan və Bəlucistan əyalətinə səfər edən İran Prezidenti İbrahim Rəisi Taliban hökumətinə xəbərdarlıq edib.
AzerPress xəbər verir ki, Rəisi Taliban hökumətini Hirmənd çayının qarşısını kəsərək Sistan və Bəlucistan əyalətinin su payını verməməkdə ittiham edib.
“Əfqanıstan hakimiyyəti və hökmdarlarına xəbərdarlıq edirəm ki, onlar dərhal Sistan və Bəlucistanın su payını versinlər. Onlar bizim tələbimizi sıradan saymamalı və buna çox ciddi yanaşmalıdırlar. Əks təqdirdə dövlət lazım olan tədbirləri görəcək”,- deyə prezident bildirib.
Mehriban Xəlilli
@MXalilbekova