Bakı. TurkicWorld:
Yunan mifologiyasında Eros - eşq, məhəbbət və şəhvət tanrısıdır. Afrodita və Aresin qızıl qanadlı oğludur. O öz oxu ilə nəinki insanların, hətta tanrıların da ürəyini "yaralayarmış". Eros insanlara ən gözəl duyğuları yaşatdırarmış. Ən qəddar insanları belə yumuşaltmağa qadir Eros onların həyatını bəzəyər və canlandırarmış. Erosun Psixeya adlı sevgilisi olub.
Saqqallı yaraşıqlı bir gənc kimi təsvir edilən Eros, romalılar tərəfindən Amor və ya Cupid adlandırılıb.Onun şərəfinə hər beş ildən bir idman və oyun festivalı keçirilib. Zaman keçdikcə Yunan şairlərinin təsviri ilə Eros daha çox qanadlı uşaq obrazında - insan qəlbinə təşviş və həyəcan təlqin edən bir varlıq kimi təsvir olunmağa başlayıb.







