Elm şəhidi Fatma Şenel Boydağ kimdir?

Elm şəhidi Fatma Şenel Boydağ kimdir?

Bakı. TurkicWorld:

Elm şəhidi, fizika professoru prof. Dr.Fatma Şenel Boydağ 1947-ci il, 30 noyabrda Bartında anadan olub. İstanbul Kandilli Qız Liseyini və İstanbul Universitetinin Fən fakültəsini bitirib. 1976-cı ildə İstanbul Universitetində doktorantura təhsilini başa vurub.

Yıldız Texniki Universitetində olarkən 1982-ci ildə dosent, 1989-cu ildə professor olub. 2000-ci il sentyabrın 1-də Doğuş Universiteti Fən-Ədəbiyyat Fakültəsi Elm şöbəsində işə başlayan Boydağ, iki il Elm şöbəsinin müdiri vəzifəsində çalışıb.

“Türkiyə Sürətləndirmə Mərkəzi Texniki Dizayn və Sınaq Laboratoriyaları Layihəsi” komandasında iştirak edib. O, fizika sahəsində görkəmli işlərindən əlavə, qızların təhsilinə olan xeyirxahlığı və həssaslığı ilə də tanınıb. Fatma Şenel Boydağ eyni zamanda Müasir Həyata Dəstək Dərnəyinin könüllüsü olub.

O, 30 noyabr 2007-ci ildə saat 01.35 radələrində YUUP seminarına qatılmaq üçün İstanbuldan İspartaya gedərkən Keçiborlu yaxınlığında qəzaya uğrayan ATLAS Jet təyyarəsində dünyasını dəyişib. prof. Dr. Fatma Şenel Boydağ başda olmaqla elm şəhidlərimizə İsparta Süleyman Dəmirəl Universitetində abidə ucaldılıb.

Mövzuya görə xəbərlər

Haluk Bilginer kimdir?

Haluk Bilginer kimdir?

İbn Battuta kimdir?

İbn Battuta kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Çokan Vəlixanov kimdir?

Çokan Vəlixanov kimdir?

Murat Kurum kimdir?

Murat Kurum kimdir?

Alper Gezeravcı kimdir?

Alper Gezeravcı kimdir?