Bakı. TurkicWorld:
Əfsanəyə görə, yunan mifologiyasındakı Hadesə bərabər olaraq hesab edilən tanrı Erlik xan Kayra Xan tərəfindən cəzalandırılaraq yeraltı dünyasının tanrısı təyin edilir.
Erlik Han Tanrının pis ruhu olaraq qəbul edilir. O, Göy Tanrısının oğludur.
Altayların yaradılış hekayətlərindən birinə görə Erlik Xan dünyanın yaradılışında Kayra Xana etdiyi pisliyə görə cəzalandırılıb. Bu səbəbdən yeraltı səltənətin ən aşağı mərtəbəsində yaşıl dəmirdən olan sarayda gümüş taxtda oturur. Bu sarayda o, çox az işıq verən tünd qırmızı günəş yaratmışdır. Onun ixtiyarında doqquz yəhərli öküz olduğu da əfsanələr arasındadır.
Rəvayətə görə, Erlik ömür ağacının budaqlarında böyüyən xalqlardan birinə “Bu xalq mənim olsun” deyir və buna cavab olaraq, Kayra Han da “get öz xalqını tap” deyir.
Daha sonra, Erlik han ağacın şərqə baxan 5 budağından faydalanmağa icazə verilən xalqın digər qadağan olunmuş dörd budağa keçmələri üçün şirnikləndirir.
Erlikin “bu dörd budaq sizə haram deyil, meyvələri çox şirindir, istədiyiniz qədər yeyin” deməsinə kişi Töringey və qadın Eje aldanır.
Ağacı qoruyan ilan yatarkən Erlik onun ağzına girir və icazə verdiyini deyərək Eje və Töringeyə meyvə təklif edir.
Tanrı bu vəziyyəti görüb Erliki cəzalandırır. Ejeyə sözünü tutmadığı üçün bundan sonra hamilə qalacağını və doğum sancısı çəkəcəyini, Töringeyə sözünü tutmadığı üçün 9 qızının və 9 oğlun olacağını və hamısına cavabdeh olaraq insan nəslini çoxaldacağını, ilana isə sözünə əməl etmədiyinə görə, bundan sonra sən şeytan kimi tanınacağını və hamının onu əzib öldürməyə çalışacağını deyir. Sonra Eje, Töringey və ilanı evindən qovub dünyaya göndərir.
Məlumdur ki, bu Adəm və Həvva hekayəsinin türk mifologiyasındakı qısaca bənzəridir.
Erlik han atletik quruluşlu, güclü bədənə malik qoca bir varlıq kimi təsvir edilir. Onun gözləri və qaşları qara rəngdə olduğu çəngəl saqqalının dizlərinə qədər uzandığı düşünülür.