Son dəqiqə

Suriya

Suriyada İrana qarşı Türk-Rus çevrilişi

Bakı. TurkicWorld

İranın xarici işlər naziri gələn həftə Bağdada və oradan da Dohaya getməzdən əvvəl iranlı diplomatlar Suriyada Tehranın oyundan kənar edilməsi ilə, Türkiyə-Rusiya razılaşmasının əldə olunacağından qorxularını bildiriblər.

Bu barədə TurkicWorld Arab.AZ-a istinadən xəbər verir.

Suriyada silahlı qruplaşmalar və Suriya ordusu qüvvələri arasında döyüşlər davam edərkən, yüksək səviyyəli bir İran rəsmisi “gərginlik İraq və İordaniyaya keçməzdən” əvvəl “bölgədəki İslam ölkələrini ordularını birləşdirməyə” çağırıb. İran rəsmisi İslam ölkələri termini ilə müsəlmna öıkələri termini bir birindən ayırd edə bilməyib.

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Astana danışıqları formatında İran, Türkiyə və Rusiya xarici işlər nazirlərinin görüşü Dohada keçiriləcək. O qeyd edib ki, baxmayaraq bu görüş Dohada keçiriləcək, Qətər bu görüşə qatılmayacaq.

Türk-Rus çevrilişi
Tehranda keçmiş iranlı diplomat Əbdül Rza Fərci Rad Suriyada vəziyyətin daha da mürəkkəbləşdiyini və “Suriya silahlı dəstələrinin cənuba doğru irəliləməyə qərarlı olduğunu” söyləyərək, müxaliflərin əldə etdiyi irəliləyişin Suriya Milli Ordusunun səyləri sayəsində olduğunu bildirib.O qedy edib ki, müxaliflərin əlində olan silahlar olduqca müasir silahlardır və onların ordu birlikləri hökümət qüvvələrini və hər fürsətdə Suriyada daha çox torpaq işğal etmək istəyində olan kürd silahlı birliklərindən daha hazırlıqlıdr.

“Problem ondadır ki,Amerika Birləşmiş Ştatları bu dəfə İrana və ya İraqdakı şiə qruplaşmalarına Suriya rejimini dəstəkləmək üçün qüvvələr və yaraqlılar göndərməyə icazə verməyəcək”- deyə iranlı diplomat bildirib.

Sabiq diplomat iddia edib ki, yaxın günlərdə Həma və Homs cəbhəsində ciddi eskalasiyanın olacağı gözlənmilir və Türkiyə kürd qruplarına təzyiqini ikiqat artıracaq ki, bu da Rusiyanı Bəşşar Əsədi Türkiyə ilə razılığa gətirməyə məcbur edə bilər. Onun sözlərinə görə bu Əsədin sonudur Dəməşqdə müvəqqəti hökümət olacaq. Türklər və Ruslar Əsədi yıxdılar”-deyə o əlavə edib.

Mövzuya görə xəbərlər