Bakı, TurkicWorld
PKK terror təşlkilatının Suriya qolu olan PYD/YPG terrorçuların lideri Bese Hozat Suriyada baş verənlərin AK Partiya hökumətinin yeni oyun planı olduğunu bildirib.
TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, ABŞ dəstəyi il Suriyanı işğal edən terrorçuları nümayəndəsi baş verən hadisələrdə Ankaranı ittiham edib.
“İndi aydın olan Türkiyənin roludur. Türkiyənin bu müharibədə liderliyində aparılır.Bunu belə görmək və həqiqətən dərk etmək lazımdır. Vəziyyət belədir ki, Türkiyə dövləti hazırda hazırkı müharibəyə rəhbərlik edir. Həm beynəlxalq güclər, həm də Koalisiya hazırda buna susur. Monitorinq mövqeyindədir. İndi Rusiya da ciddi bir iş görmür. Buna görə də müqavimət göstərmir”-deyə terrorçu Hozat deyib.
Qeyd edək ki, Terror təşkilatı PKK/YPG-nin Tel Rıfat-Mənbic terror dəhlizinin qarşısının alınması məqsədilə Suriya Milli Ordusunun (SMO) başlatdığı “Azadlıq Şəfəqi” əməliyyatında Tel Rıfat rayonu 8 ildən sonra PKK/YPG terror təşkilatı tərəfindən ələ keçirilib.