Son dəqiqə

Suriya Türk lirəsi

Hələb ticarətində Türk Lirəsi dövrü başlayır

Bakı, TurkicWorld

Suriyanın Hələb şəhərində rejim əleyhdarı qüvvələrin nəzarəti ələ keçirməsindən sonra bölgədə ticarət fəaliyyətləri sürətlənib.

TurkicWorld xəbər verir ki, şəhərdə alış-verişdə Türk Lirəsindən (TL) istifadənin artması diqqət çəkib.

Müxalifətin Hələbdə iqtisadi əlaqələri Türk Lirəsi üzərindən təmin etməsi, bölgənin Türkiyə ilə iqtisadi bağlarının möhkəmləndiyini göstərir. Yeni görüntülərdə şəhər bazarlarında ticarətin əsasən TL ilə həyata keçirildiyi görünür.

Ekspertlər bu addımı, valyuta sabitliyi ilə yanaşı, Türkiyənin bölgədəki iqtisadi təsirinin artmasının göstəricisi kimi dəyərləndirir.

Türk Lirəsindən istifadə yerli əhalinin daha stabil valyutaya çıxışını təmin etməklə yanaşı, bölgənin normallaşma prosesində mühüm rol oynayır. İqtisadçılar qeyd edirlər ki, TL ilə ticarət müharibənin təsirlərindən zərər görmüş iqtisadiyyat üçün sabitliyi artırmaq potensialına malikdir.

Mövzuya görə xəbərlər