Son dəqiqə

Suriya

Tel Rifatdan sonra Mənbic mühasirəyə alınıb

Bakı, TurkicWorld

Suriya Milli Ordusu (SMO) Suriayda Fəratı çayının qərbində terror təşkilatı PKK/YPG ya qarşı amansız mübarizə aparır.

TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki,terror təşkilatını Türkiyə sərhədindən 18 km uzaqlıqdakı Tel Rifatdan geri çəkilməyə məcbur edən SMO bu dəfə PKK/YPG-ni Mənbicdən çıxarmaq üçün mübarizə aparır.

Suriyadakı müxalif qüvvələr ötən həftə başlatdıqları genişmiqyaslı əməliyyatlarla qısa müddətdə vəziyyəti əhəmiyyətli dərəcədə dəyişib. Hələbin rejim gücləri və terror təşkilatı PKK/YPG-dən alınmasından sonra başda Heyət Təhrir Şam olmaqla bəzi qruplar cənub Həma vilayətinə, Suriya Milli Ordusu isə Mənbiçə istiqamət alıb. Suriyanın şimal-qərbində gərgin döyüşlər gedir.

Bilindiyi kimi SMO, Hələb-Tel Rifat ilə Şahba arasında PKK/YPG-nin yaratmaq istədiyi terror dəhlizinin qarşısını alıb və minlərlə PKK/YPG-çusunu məhv edib. Əmiliyyatlaq “Azadlıq Şəfəqi” adı altıdna aparılır.

Dünən Fəratın qərbində PKK/YPG-nin son mövqeyi olan Mənbiçə doğru irəliləyən müxaliflərin cənubdan Fərat çayına çatması, şəhəri üç tərəfdən mühasirəyə alması və terrorçuların bölgəni tərk edə biləcəyi barədə məlumat var.
Mənbicin qərbindən terrorçuların mövqelərinin arxasına sızma hücumlarının həyata keçirildiyi bildirilir. Mənbicin terrorçu ünsürlərdən təmizlənməsi həm də 2019-cu ilin oktyabrında imzalanan və PKK/YPG-nin Tel Rıfat və Mənbicdən çıxarılmasını nəzərdə tutan Soçi razılaşmasının reallaşması demək olacaq.

Mövzuya görə xəbərlər