Son dəqiqə

PKK Suriya YPG

Tel-Rifatda terrora qarşı əməliyyatlar keçirilir

Bakı, TurkicWorld

Suriyada rejim qüvvələrinin mülki insanlara qarşı hücumları və müxalifət qüvvələrinin Hələbin cənubuna doğru irəliləyişi gərginliyi artırıb.

TurkicWorld xəbər verir ki, Suriya Milli Ordusu (SMO) PKK/YPG terror təşkilatına qarşı əməliyyatlarını davam etdirir və Tel-Rifatda bir çox strateji məntəqəni azad edib.

Tel-Rifatda PKK/YPG tərəfindən mülki evlərə yerləşdirilmiş bombalar partlayaraq təhlükə yaratmağa davam edir. SMO isə bu təşkilatın Tel-Rifat və Suriyanın şimal-şərqi arasında yaratmaq istədiyi terror dəhlizini kəsmək üçün “Azadlıq Şəfəqi” əməliyyatına başlayıb. Əməliyyat zamanı Küveyr və Minnığ hərbi hava limanları ələ keçirilib.

Suriya rejimi müxalifət qüvvələrinə qarşı PKK/YPG-dən dəstək alaraq bəzi torpaqları bu təşkilata təhvil verib. Fəratın şərqindən bölgəyə ağır silahlarla PKK/YPG qüvvələri yerləşdirilib. Bu isə, terror dəhlizi planlarını daha da açıq hala gətirib.

Suriya rejimi və Rusiya da İdlibə hava zərbələri endirib, nəticədə ölənlərin sayı 16-ya yüksəlib. Bu hücumlar bölgədəki gərginliyi daha da artırıb. SMO-nun əməliyyatları isə Türkiyə sərhədinə yaxın strateji nöqtələrin təhlükəsizliyini təmin etməyə yönəlib.

Mövzuya görə xəbərlər