Son dəqiqə

Türkiyə Uluslararası Demokratlar Birliyi (UİD)

Bakıda Uluslararası Demokratlar Birliyinin (UİD) qurultayı keçirilib

Bakı, TurkicWorld

Bugün Bakıdakı Türk Ticarət Mərkəzində Uluslararası Demokratlar Birliyinin 2-ci qurultayı keçirilib.

TurkicWorld xəbər verir ki, Türkiyədən bir çox önəmli qonağın iştirak etdiyi bu tədbirdə təşkilat yeni idarəetmə sxemini təqdim edib və gələcək layihələr haqqında məlumat verib.

Quran tilavəti ilə başlayan qurultay, Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə davam edib. Daha sonra qonaqlara UİD-in tanıtım filmi nümayiş olunub.

Tədbirin açılış nitqini UİD Azərbaycan Regional Prezidenti Könül İbrahimova edib. O, təşkilatın tarixi və məqsədləri barədə danışaraq, vəzifəsini yeni regional prezident Cengiz Aygörə təhvil verdiyini bildirərək, ona uğurlar arzulayıb.

Çıxışı zamanı gələcək fəaliyyət planları haqqında danışaran Yeni regional prezident Cengiz Aygör, tədbirin əhəmiyyətini və təşkilatın dünya üzrə uğurlarını vurğulayıb.

UİD Sədri Kənan Həsən Aslan Türkiyədən gəlmiş önəmli qonaqları təqdim edərək, təşkilatın qarşılaşdığı bəzi problemlər və onların həlli yollarından bəhs edib.

Tədbirdə dünyada türk düşmənçiliyi və irqçilik mövzularına toxunan T.C. Bakıdakı səfiri Dos. Dr. Cahit Bağcı bu problemlərin həlli yolları barədə öz fikirlərini bölüşüb və təşkilata işlərində uğurlar arzulayıb.

Türkiyənin keçmiş Xarici İşlər Naziri Mövlud Çavuşoğlu isə, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinə, eləcə də Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin əhəmiyyətinə diqqət çəkib.

AK Partiyanın Xarici Əlaqələr üzrə sədr müavini və İstanbul millət vəkili Zəfər Sırakaya çıxışında türk icmalarının üzləşdiyi problemləri vurğulayıb və əvvəlki illərlə mövcud vəziyyəti müqayisə edib.

Tədbir yeni idarəetmə sxeminin təqdimatı və xatirə hədiyyələrinin paylanması ilə yekunlaşıb.

Qeyd edək ki, Uluslararası Demokratlar Birliyi 2004-cü ildə Almaniyanın Köln şəhərində qurulmuşdur. Təşkilatın əsas məqsədi Türkiyə xaricində yaşayan türk icmalarının və qohum toplumların sosial, siyasi və mədəni problemlərinin həllinə töhfə verməkdir. UİD, 2018-ci ildən Azərbaycanda aktiv fəaliyyət göstərir və 13 komitəsi vasitəsilə müxtəlif layihələr həyata keçirərək Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmləndirilməsinə xidmət edir.

Mövzuya görə xəbərlər