Son dəqiqə

Türkiyə Suriya

Türklər, farslar və Suriya

Bakı, TurkicWorld

Suriyadakı hadisələr və silahlı qruplaşmaların Suriyanın ikinci ən böyük şəhəri olan Hələbə nəzarət etmələrinə səbəb olan hücumla bağlı Türkiyə və İranın mövqeləri fərqli idi. Suriyadakı İnqilabçı və Müxalif Qüvvələr Milli Koalisiyasının rəhbəri Hadi Əl-Bəhra hesab edir ki, Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə uyğun olaraq siyasi həll hələ də ölkədəki münaqişənin “yeganə həyat qabiliyyətli və davamlı həlli”dir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan və İranın Abbas Əraqçi “Heyət Təhrir əş-Şam” və digər qruplaşmaların Suriya qüvvələrinə qarşı hərəkətinin səbəblərini şərh edərkən Amerika və İsraili günahlandırıb.

Türkiyə isə hesab edir ki, xarici müdaxilə yoxdur.

Fidan bazar ertəsi Ankarada apardıqları müzakirələrdən sonra Əraqçi ilə birgə mətbuat konfransında Türkiyənin Suriyada daxili müharibənin daha da böyüməsini istəmədiyini vurğulayaraq, “İndiki mərhələdə Suriyadakı hadisələri izah etməyə çalışmağın yanlış olduğuna işarə edib”

Fidan silahlı qrupların bu yaxınlarda atdığı addımı Suriya hökumətinin dialoqdan imtina etməsi ilə əlaqələndirərək, “Son hadisələr bir daha göstərir ki, Dəməşq öz xalqı və müxalifəti ilə barışıq əldə etməlidir”-deyib.

Fidan əlavə edib ki, o, iranlı həmkarı ilə Suriyadakı son hadisələrlə bağlı fikir mübadiləsi aparıb və Suriyada baş verənləri xarici müdaxilə ilə izah etməyə çalışmağın səhv olacağını, kənar müdaxilədən danışanların ölkədə baş verənlərdən xəbəri olmadığını vurğulayıb.

Türkiyə xarici işlər naziri sözlərinə belə davam edib: “Biz Suriyada tərəflər arasında 13 ildən artıqdır ki, müxalifətin qanuni hüquqlarına məhəl qoymadan bir rejim görürük. Məhz bu Suriyada müharibənin başlamasına səbəb oldu. Rejim müxalifətlə milli barışığı öhdəsinə götürməlidir və Türkiyə bu mövzuda hər cür töhfə verməyə hazırdır. Astana prosesinin mərhələlərində İranla koordinasiya etdik və bunu davam etdirəcəyik. Biz Suriyanın ərazi bütövlüyünü həmişə dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Vurğulamaq istədiyim başqa bir məsələ var. Açıq deyim ki, Türkiyə hazırda baş verənlərdən sui-istifadə etməyə çalışanrın olduğunu bilir”-deyə Fidan bildiirb.

Fidan əlavə edib ki, Türkiyə və İran terrorizmlə mübarizədə əməkdaşlığı davam etdirəcək və Ankara və Tehran, Kürdüstan Fəhlə Partiyası və onun Suriyadakı qolu (Kürd Xalq Müdafiə Birlikləri) tərəfindən təmsil olunan bu ümumi düşmənə qarşı birgə mübarizə aparmalıdır.

Fidan, bu təşkilatın (Kürdüstan Fəhlə Partiyası) və onun bölgədəki silahlarının ləğvi ilə bağlı Türkiyə ilə İran arasında mövqelərin oxşar olduğunu vurğulayıb.

“Cümhuriyyətimizin prezidenti (Rəcəb Tayyib Ərdoğan) Suriya prezidenti Bəşər Əsədə ən yüksək səviyyədə dostluq əlini uzatdı, çünki həll olunan problemlər nəzarətdən çıxmışdı və Suriya əhalisinin yarısı, yəni, təqribən 10 milyon insan öz evlərindən çıxarılıb. Bizim Suriya ilə bağlı bölgədə İranla geniş ünsiyyətimiz var və biz mövqelərin açıq şəkildə ifadə edilməsinin vacib olduğuna inanırıq”-deyə Xİn rəhbəri bildirib.

Öz növbəsində İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, Suriyadakı hadisələrlə bağlı ümumi narahatlıqları müzakirə edilib və Ankara və Tehran arasında fikir ayrılıqlarının olması normaldır.

O, türkiyəli həmkarı ilə müzakirələri “sürətli, birbaşa, dostluq, konstruktiv və məhsuldar” adlandırıb.

“Bizə bəllidir ki, (terrorçu və təkfirçi) qruplar Suriyada Amerika və İsraillə aydın koordinasiya var və bu qruplar diqqəti İsrailin Fələstində və Livanda etdiklərindən yayındırmağa və bu səbəbdən Suriyada təhlükəsizlik mühiti yaratmağa çalışırlar”-deyə Əraqçi deyib.

Mövzuya görə xəbərlər