BAKI, TurkicWorld
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
TurkicWorld-un məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində yazıb.
Nazir Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində Dolmabahçe Sarayında qəbul edilib.
Görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
Bundan əlavə, cari regional təhlükəsizlik məsələləri müzakirə olunub.







