BAKI,TurkicWorld, Fərid Mikayılov
Ankara şəhərində yerləşən Bilkənt Şəhər Xəstəxanası tərəfindən 2026-cı il üçün generator və isitmə məqsədli dizel yanacağının alınması üzrə açıq tender elan edilib. Məlumata görə, tender çərçivəsində ümumilikdə 70 min litr dizel yanacağının tədarükü nəzərdə tutulur.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Qeyd olunub ki, yanacaq sifarişlər əsasında 24 saat ərzində çatdırılmalı, müqavilə imzalandıqdan sonra isə icraya dərhal başlanmalıdır. Bundan əlavə, tədarükçü ilin sonuna qədər qalan bütün məhsulu sifariş gözləmədən təqdim etməlidir.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 21 may 2026-ci il tarixinə qədər "Üniversiteler Mahallesi Rıfat Börekçi Cad. No: 9 Çankaya/Ankara" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir





