Son dəqiqə

Türkiyə ABŞ Suriya Entoni Blinken Hakan Fidan

Blinken Hakan Fidan ilə Suriyadakı gərginliyi müzakirə edib

Bakı, TurkicWorld

ABŞ dövlət katibi Antoni Blinken türkiyəli həmkarı Hakan Fidan ilə Suriyadakı "gərginliyin azaldılması zərurətini" müzakirə edib

TurkicWorld xəbər verir ki, dünən olan telefon danışığında Blinken Hakan Fidanla Türkiyənin dəstəklədiyi silahlı qrupların Suriyada prezident Bəşər Əsəd rejiminə ağır zərbələr endirərək, son zamanlar bir çox bölgəni ələ keçirməsinin ardından "gərginliyin azaldılması zərurətini" müzakirə edib

ABŞ Dövlət Departamentinin açıqlamasına görə, Blinken Fidanla apardığı söhbətində "gərginliyin azaldılmasının, mülki insanların həyatının və infrastrukturun qorunmasının vacibliyini" vurğulayıb.

Mövzuya görə xəbərlər