Bakı,TurkicWorld
Türkiyə hər zaman Suriyanın ərazi bütövlüyünü dəstəkləyib.
TurkicWorld xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Ərakçi ilə birgə mətbuat konfransında danışıb.
Nazir Fidan Suriyadakı hadisələrlə bağlı mühüm açıqlamalar verib.
"İndiki mərhələdə Suriyadakı hadisələri hər hansı xarici müdaxilə ilə izah etməyə çalışmaq yanlış olardı. Prosesdə səmimi iştirak etməmək rejimin səhvi idi. Münaqişələrə səbəb 13 ildir ki, problemin həll olunmamasıdır",- deyə Fidan bildirib.