Son dəqiqə

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi

NİİM piyada keçidlərinə yaxınlaşarkən törədilən qəzaların görüntülərini yaydı

BAKI,TurkicWorld

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi piyada keçidlərinin yaxınlığında baş verən yol-nəqliyyat hadisələri ilə bağlı sürücülərə müraciət edib.

Mərkəzdən bildirilib ki, piyada keçidlərinə yaxınlaşarkən bəzi sürücülərin yol nişanlarına vaxtında diqqət yetirməməsi qəfil və sərt əyləcləməyə səbəb olur. Düzgün ara məsafəsi saxlamayan nəqliyyat vasitələri isə bu zaman qarşıdakı avtomobilə çırpılır və qəzalar baş verir.

Qeyd olunub ki, belə halların qarşısını almaq üçün sürücülər piyada keçidlərinə yaxınlaşarkən sürəti azaltmalı, yol nişanlarına diqqət yetirməli və təhlükəsiz ara məsafəsini qorumalıdırlar.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vurğulayıb ki, bu qaydalara əməl olunması həm piyadaların vurulması, həm də zəncirvari yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına imkan verir.

Mərkəz bununla bağlı görüntülər də yayımlayıb.

Mövzuya görə xəbərlər