Azərbaycan Daxili İşlər Nazirliyi Bakı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Zığ dairəsi-Hava Limanı yolu Zığ–Hava Limanı yolunda sürücülərə xəbərdarlıq

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi

BAKI,TurkicWorld

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.

Bildirilib ki, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Mövzuya görə xəbərlər